Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

09:21 25.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

 

Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.